Mədəniyyət

Qəbul bitdi

11 Aprel 2016 15:15
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, 10 aprel, saat 23.59-da Azərbaycanda İlk Buktreyler Festivalına işlərin qəbulu dayandırıldı. 

Festivalın təsisçisi, kinoaktyor Ruslan Sabirli: "Azərbaycanda keçirilən ilk Buktreyler Festivalı cəmiyyətimizdə çox böyük maraqla qarşılandı. Gözlədiyimizdən daha çox sayda buktreylərlə müraciət olunub. Belə bir layihə ilə cəmiyyətimizə fayda verməkdən məmnunluq hissi keçiririk.  Bu Festivala təşkilati dəstək verdiyi üçün cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.

Yaxın günlərdə isə tərkibi açıqlanacaq nüfuzlu və peşəkar Münsiflər Heyəti artıq işlərin qiymətləndirilməsini aparacaq. Adətən digər müsabiqələrdə şahidi oluruq ki, münsiflər hamısı bir yerə toplanaraq səsvermə və razılaşma yolu ilə qalibləri müəyyənləşdirirlər ki, bu da qeyri-obyektiv nəticələrə gətirib çıxara bilir. Ona görə də bu qeyri-obyektivlikdən yayınmaq üçün belə qərara gəldik ki, buktreylerlərin qiymətləndirilməsi hər bir münsif tərəfindən ayrılıqda aparılacaq, yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq. Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti riyazi toplayaraq qalibləri müəyyənləşdirəcək.

Qəbul olunmuş buktreylerlər artıq Festivalın saytında yerləşdirilir və hər kəs üçün izləməyə açıqdır. Hamını izləməyə dəvət edirik".

Hamıya uğurlar arzulayırıq!

Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi - oxucuda kitaba maraq oyatmaqdır.

Qaliblər 23 aprel Beynəlxalq Kitab günündə Nizami Kino Mərkəzində müəyyən olunacaqlar!

Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın barəsində www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində ətraflı məlumatı almaq olar.  

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.