Mədəniyyət

5 gün qaldı

5 Aprel 2016 14:12
Baxış: 1 197

Buktreylerlərin son qəbul tarixinə 5 gün qaldı

İlk Buktreyler Festivalında iştirak etməyə tələs!

10 aprel, saat 23.59-da İlk Buktreyler Festivalına işlərin qəbulu dayandırılır. Final hazırlıqlar və son ştrixlərin edilməsi üçün çox az vaxt qalır, tələsin!

Hamıya uğurlar arzulayırıq! Yadda saxlayın: Sizin iş ən yaxşı ola bilər.

Təşkilat Komitəsi buktreylerlərinizi gözləyir!

Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi - oxucuda kitaba maraq oyatmaqdır.

Qaliblər 23 aprel Beynəlxalq Kitab günündə müəyyən olunacaqlar!

Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında,  həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı festival2016@booktrailer.az-a müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az, Azernews.az

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.