Mədəniyyət

Buktreyler Festivalının rəsmi internet saytı fəaliyyətə başladı

1 Mart 2016 17:02
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalının rəsmi internet saytı www.booktrailer.az fəaliyyətə başladı. Bu barədə festivalın təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Buktreyler Festivalı getdikcə populyarlaşır və mən çox sevinirəm ki, cəmiyyətimizdə belə pozitiv qarşılanır. Çünki Azərbaycan Gəncliyinin həyatında mühüm rol oynayaca bu Festival ilk dəfə olaraq keçiriləcək və insanlar arasında kitaba mütaliəyə böyük maraq yaradacaqdır. Bu gün biz festivalın rəsmi internet səhifəsini istifadəyə verdik. Artıq festivala qatılmaq istəyən hər bir kəs saytımızdan iştirak şərtləri, buktreylerlərə qoyulmuş tələblər, iştirakçı ərizəsi və s. kimi istədiyi məlumatı ala bilər".

Qeyd edək ki, buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Hal-hazırda Festivalda iştirak etmək üçün buktreylerlərin qəbulu davam edir. İşlərin son qəbul tarixi: 15 mart, 2016.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest  Facebook səhifəsindən yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar. 

Yaranmış bütün suallarla bağlı bizə bu email vasitəsilə müraciət etmək mümkündür: [email protected]
İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.