Mədəniyyət

Bakıda teatr menecerlərinin müsabiqəsi başlayıb

22 Sentyabr 2015 11:15
0 Şərh     Baxış: 664

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin müsabiqəsinə start verilib. Teatr marketinq üzrə mütəxəssislərin işə qəbulunu elan edir. Qəbul kastinq yolu ilə həyata keçiriləcək. İşə götürülənlərə 2 aylıq marketinq üzrə hazırlıq kursları keçiriləcək.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, kurslarda tanınmış və peşəkar teatr xadimləri teatrın tarixi və struktur quruluşu, marketoloqlar isə teatrda menecer və onun fəaliyyət növləri barədə ətraflı bilgilər verəcəklər.

Kastinqin əsas şərtləri: ali təhsil, Azərbaycan dilində səlis danışıq qabiliyyəti, boy ölçüləri - qadınlar üçün 1.60 m-dən yuxarı, kişilər üçün 1.70 m-dən yuxarı olmasıdır.
Kursları uğurla başa vuran mütəxəssislər yüksək maaşla təmin olunacaqlar.
İşlə bağlı müraciət etmək istəyən yaşı 22-35 arası qızlar və oğlanlar (012) 493-88-52 (kadrlar şöbəsi) və (012) 493-65-78 (marketinq şöbəsi) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.