Vəzifəsiz Qabil "aşağılar"ın sözünü "yuxarılar"a çatdırırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan xalq şairi Qabil İmamverdiyev (Qabil) 89 il bundan əvvəl avqustun 12-də Bakı şəhərində dünyaya göz açıb.
Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, "Azərbaycan müəllimi" qəzetinin redaksiyasında şöbə müdiri, "Kommunist" qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. "Gəl, baharım" adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat" qəzetində çap olunan Qabilin 1950-ci ildə "Səhər açılır" adlı kitabı işıq üzü görüb. Onun "Mənim mavi Xəzərim" (1959), "Küləkli havalarda" (1964), "Qoy danışsın təbiət" (1966), "Vətəndaş sərnişinlər" (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən "Səhv düşəndə yerimiz", "Bakılı", "Qarışdırma", "Çörək", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Beşiyimdir - məzarımdır o mənim", "Dağlar", "Azərbaycan torpağı" kimi qeyri-adı şeirləri və "Nəsimi" fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", "Xəcalət", "Birini elə, birini belə" və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.
DİGƏR XƏBƏRLƏR
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
-
Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə diqqət çəkdi – (Video)
-
AL: Əliyar Ağayev Niderland klubunun matçını idarə dəcək
-
Laos Prezidenti Zəfər parkını ziyarət edib - (Foto)
-
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - (Video/Foto)
-
Ronaldonun Corcinasının müzakirə yaradan Videosu
-
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova
-
Bu marşrutun bütün avtobusları yenilənir
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Bakıda hava ilə bağlı yeni proqnoz
-
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
-
Azərbaycanın inkişafının şahidi oluram - Prezident Thonqlun Sisulit
-
ABŞ-dən İsrailə uçan təyyarədə bomba həyəcanı - Sərnişinlər təxliyə edildi
-
Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar
-
Metro gücləndirilmiş rejimdə çalışacaq
-
Bu şəxslərin iş rejimi dəyişir
-
Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib
-
Gürcüstandan 112 əcnəbi deportasiya edildi
-
Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)
-
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
-
“İmişli” baş məşqçisi ilə yollarını ayırdı
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
-
"Roma" - "Real" oyununu azərbaycanlı hakim idarə edəcək





