Mədəniyyət

"Nuriyyə xanımın övlad itkisi yarasını təzələdiyim üçün özümü bağışlamadım" - FOTOSESSİYA

27 İyul 2015 23:10
13 Şərh     Baxış: 5 977

Xalq artisti Nuriyyə Əhmədovanın çəkildiyi sonuncu film "Sükutun pozulması" adlı ekran işidir. Bu filmi Los-Ancelesdə kino kursu keçmiş gənc rejissor Qüdrət Həmidov çəkib. Qeyd edək ki, aktrisa bu filmə oğlunun ölümündən əvvəl çəkilib. Filmdə aktrisanın oyununa heyrətlənən gənc rejissor təəssüratlarını Milli.Az ilə bölüşüb.

"Ekran işinin janrı psixoloji dramdır. Filmdə səhnələrin bir çoxunun sakit olmağının səbəbi elə filmin adından da göründüyü kimi sükutun pozulmasından irəli gəlir. Yaşlı qadın oğlunun ölümündən sonra sükuta qərq olur və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o aydınlaşdırır ki, telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı xanım bir tərəfdən gələn zənglərə sevinir, başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o hər gələn telefon zənginə cavab verir və öz-özü ilə mübarizəyə başlayır.

Filmdəki oğlunu itirmiş ana roluna xalq artisti Nuriyyə Əhmədovanı dəvət etdik. Çünki bu rol ona daha yaxındır, bildiyim qədərilə o, qızını vaxtsız itirmişdi. Ssenarini oxuyandan sonra filmdə təmənnasız oynamağa razılaşdı. Hətta dedi ki, bu ssenarini mən həyatda yaşamışam və bu mənə yaxındır. Filmdə bir səhnə var ki, ana ağlayır və gözündən yaş gəlir. Bu kadrı çəkməmişdən öncə qrimçi Nuriyyə xanımın gözünə süni göz damcıları tökmək istəyəndə o etiraz etdi. Mən elə bildim ki, Nuriyyə xanım ssenarini başa düşməyib və bu səhnədə ağlamaq lazım olduğunu bilmir. Çəkilişə start verən kimi Nuriyyə xanım həqiqətən təbii göz yaşları tökməyə başladı. Hətta operator mənə baxaraq səhnəni dayandırmağı məsləhət gördü, mən isə səhnənin bitməyini gözlədim. Kadr çəkiləndən sonra o, 20 dəqiqə özünə gələ bilmirdi. Bir tərəfdən, rolunu təbii oynamasına görə sevindim, digər tərəfdən də onun yarasını təzələdiyim üçün kədərləndim. Buna görə peşman idim.

Nuriyyə xanım rolun öhdəsindən peşəkarcasına gəldi və buna şübhə yox idi, çünki o, "xalq artisti" adına layiq görülmüş peşəkar aktrisadır. İkinci tərəfdən, bu rolun ona belə dərindən təsir edəcəyini və yarasını təzələyəcəyini düşünməmişdim. Filmdə tək bir aktrisa çəkilib və hadisələr tək bir məkanda baş verir. Nuriyyə xanım bu filmdən sonra oğlunu da itirdi. Təbii ki, vaxtsız övlad itkisi ana üçün çox böyük bir dərddir. İstərdim, onun üçün xüsusi rollar yazılsın. Nuriyyə Əhmədova elə bir aktrisadır ki, həm komediyanı, həm də faciəni asanlıqla oynaya bilir. Faciəni isə o daha asan, ürək yanğısı ilə oynayır", - deyə rejissor bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    QQ · 27 İyul 2015 23:2100

    Nuriyye xanim ovlad itkisi yasamis canli ana heykelidir

    Cavab yaz
  • Anonim
    kara · 27 İyul 2015 23:2800

    Cox gozel naragli is olar mence. Uzulurem Allah birine coxx birine az verende. Kaski hami eyni seviyede ola

    Cavab yaz
  • Anonim
    An · 28 İyul 2015 00:0400

    Gozel aktrisadi, Allah can sagligi versin!

    Cavab yaz
  • Anonim
    ika · 28 İyul 2015 01:0100

    Sagliginda qiymet verin insanlara

    Cavab yaz
  • Anonim
    Sevicka · 28 İyul 2015 06:2000

    Biz bele artistllerden terbiyelenmisik, menevi qida allmisiq . Bele aktrisadan daha olmayacaq, analar doqmayacaq, Allahdan saqlamliq ,sebr arzulayiram gozel aktrisamiza

    Cavab yaz
  • Anonim
    Nergiz I. · 28 İyul 2015 09:1400

    Allah sebr versin Nuriyye xanima

    Cavab yaz
  • Anonim
    Məcid · 28 İyul 2015 09:1900

    Allah sizə səbr versin Nuriyə xanım.

    Cavab yaz
  • Anonim
    a1988 · 28 İyul 2015 11:3500

    boyuk senetkarimiz sizi sevirik..ne olar ki medeniyyet naziri bu xanima ev verse yada elaqedar qurumlarr,.... gerey cixsin aglasin butun gunu efirlerde onan sona ev versinler.,?!...sizi usagligimnan cox sevrem uzunuz gulsun butun bedbextliklere regmen ...sebrli olun

    Cavab yaz
  • Anonim
    Fira · 28 İyul 2015 14:1800

    Allah səbrini versin. Balalarının da yeri Cənnət olsun.

    Cavab yaz
  • Anonim
    Sona · 29 İyul 2015 00:3200

    Çox sağol ki,varsan,gözel insan!!!!!!!Allahın verdiyi ömrü layiqli yaşayırsan.Seni her kes sevir.Allah ölenlerine rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Lala · 29 İyul 2015 13:1200

    Allah sabir versin Nuriyya xanima, cox gozal aktrisadi onu cox bayanmisham ushag olarkan Bala basha Bala teletamashasindan sonra va Ham ziyarat ham ticarat , balka Nuriyya Xanim evladliga bir ushag kotursun

    Cavab yaz
  • Anonim
    Gülü · 29 İyul 2015 22:5100

    Bu xanım bizim kinomuzun ən təbii sadə və istedadlı peşəkar aktrisasıdır Allah kömək olsun ola yol açılsın ev ala bilsin

    Cavab yaz
  • Anonim
    KONUL · 2 Avqust 2015 11:4300

    ALLAH can sagligi versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.