Mədəniyyət

Cavanşir Yusifli "dirildi" - YENİLƏNİB

15 Dekabr 2014 13:35
0 Şərh     Baxış: 4 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:35

Tənqidçi Cavanşir Yusiflinin ölümü ilə bağlı yayılan xəbər təsdiqlənməyib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, tənqidçi sağ və salamatdır.

C.Yusifli bildirib ki, səhhəti ilə bağlı heç bir problem yoxdur: "Adamı ölürürsə, Allah öldürsün"

----------
12:44

Tənqidçi Cavanşir Yusifli vəfat edib


Yazıçı Əlabbasın kulis.az-a verdiyi məlumata görə Cavanşir Yusifli ürək çatışmazlığından vəfat edib.

Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 26-da Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.