Mədəniyyət

Kembric Universiteti azərbaycanlı alimə mükafat verdi

10 Sentyabr 2014 18:56
0 Şərh     Baxış: 4 252
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevə Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi, Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin "2014-cü il - İncəsənətdə görkəmli şəxs" mükafatı təqdim olunub
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Çingiz Fərzəliyev bu mükafata cari ilin iyununda layiq görülüb. Lakin mükafat ona bu günlərdə, Kembric Universitetində keçirilən İncəsənət, Texnologiya və Kommunikasiya üzrə Beynəlxalq Konqresdə iştirakı zamanı, Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin direktoru doktor Nikolas Lou tərəfindən təqdim edilib.

Çingiz Fərzəliyev "Azərbaycan rəngkarlığının antologiyası", "Azərbaycan Dövlət İncəsənət Muzeyi", "Azərbaycanın el sənəti", "Natürmort" və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin 45 ustad sənətkarlarına həsr edilmiş 36 kitabdan ibarət nəşrlər silsiləsinin də müəllifidir.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.