Mədəniyyət

Nizami Gəncəvi Qaxda doğulub?

4 Fevral 2014 18:36
9 Şərh     Baxış: 9 793

Dahi şair Nizami Gəncəvinin Qax rayonunun Qum kəndində anadan olması ilə bağlı bəzi tarixi sənədlər mövcuddur. Bəzi tarixi mənbələrdə Nizami Gəncəvinin İranın Qum kəndindən dünyaya gəldiyi barədə fikrlər qabardılsa da, bəzi tarixi sənədlərdə onun məhz Azərbaycanın Qax rayonunun Qum kəndində anadan olması öz təsdiqini tapır.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bir çox əsərlərdə "Kohestan" və ya "Qohestan" kimi adı hallanan yer əslində indiki Qax rayonudur. Elə Qum kəndində dahi şairin şərəfinə qoyulan büstün ətrafında yazılan əlyazmadan parçalar da bunu bir daha sübut edir.

Tarixçi Vidadi Şıxəmirov dahi şairin əsərlərində də onun məhz Qum kəndində doğulması ilə bağlı faktların əks olunduğunu bildirir. Nizami yurdu... Qum kəndi Qaxda bu adla tanınır. Belə rəvayət olunur ki, Nizami Gəncəvi Böyük Qafqaz dağlarını gəzəndə Qumdakı bir yüksəklikdən Kəpəz dağını seyr edərmiş. Hələ o vaxt Qum kənd müəllimləri və məktəbliləri tarixçi, şərqşünas alim Ziya Bünyadova məktub ünvanlayıblar. Cavab məktubunda isə şairin, həqiqətən də, Qax rayonunun Qum kəndindən olması təsdiqini tapır.

Məktubda "...bəli, Nizami Qum kəndindəndir və sizin həmyerlinizdir" cümələləri əksini tapmışdı. Qum kəndində doğulan Nizami Gəncəvi Gəncə şəhərində yaşayıb, yaradıb. Azərbaycanın hansı bölgəsindən olmasına baxmayaraq, bizlər belə tarixi şəxsiyyətlərimizlə qürur duymalıyıq. Ona görə ki, o, Azərbaycan torpağının övladıdır.


Milli.Az
loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    N&Z MAMASI · 4 Fevral 2014 18:4210

    Belke o dovrde Gencenin yaxinliqinda Qum kendi olub.

    Cavab yaz
    • Anonim
      Qumlu · 26 Oktyabr 2016 23:2913

      Duzdu NizamiGencevi Qumda dogulub

      Cavab yaz
  • Anonim
    ziyali · 5 Fevral 2014 11:3111

    kANAL S siz nə danışdığınızı bilirsiniz? Bu məlumatı yaymaqla Azərbaycan ədəbiyyatını eləcədə dövlətin atdığı siyasi addımları kölgədə qoyursunuz.

    Cavab yaz
    • Anonim
      Nəzrin · 7 Fevral 2017 23:2911

      Xeyr. O heç də Qax rayonunun Qum kəndində doğulmayıb. O Gəncədə doğulub. Buna görə də özünə Gəncəvi ləqəbini qoyub. Xahiş edirəm belə məlumatlarla hamını çaşdırmayın!

      Cavab yaz
  • Anonim
    Qaxli · 18 Noyabr 2015 22:1011

    Bunlar gerçekdi Nizami həqiqətən Qax rayon Qum kəndində doğulub..

    Cavab yaz
    • Anonim
      Tarixci Resad · 9 Mart 2016 13:5111

      Men oz oxudugum eserlerdede nizaminin qax rayonunun Qum kendinde doguldugunu oxumuwam.oda duzdur Irandada var qum amma o weher adlanir kent deyil.

      Cavab yaz
  • Anonim
    Qumlu · 26 Oktyabr 2016 23:2410

    Duzdu NizamiGencevi Qumda dogulub

    Cavab yaz
  • Anonim
    Qumlu · 26 Oktyabr 2016 23:2700

    Duzdu Nizami Gencevi Qumda anadan olub

    Cavab yaz
  • Anonim
    Qumlu · 26 Oktyabr 2016 23:2900

    Duzdu NizamiGencevi Qumda dogulub

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.