Mədəniyyət

Ədəbiyyatda ən fərqli giriş cümlələri - SİYAHI

10 Oktyabr 2013 16:12
1 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədəbiyyat tarixində ən fərqli giriş cümlələri

1. C. D. Selincer - "Çovdarlıqda uçurumdan qoruyan"

Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə,onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam,uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibiolublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz,mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona görə ki, belə şitşeylərdən zəhləm gedir.

2. Lev Tolstoy - "Anna Karenina"

"Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, hər bədbəxt ailənin bədbəxtliyi isə özünə xasdır".

3. Ceyn Ostin - "Eşq və qürur"

"Bu, hər kəsin qəbul edəcəyi həqiqətdir ki, malı-mülkü olan hər subay kişinin mütləq bir qadın yoldaşa ehtiyacı var".

4. Çarlz Dikens - "İki şəhərin əhvalatı"

"Həm müdriklik, həm də axmaqlıq zamanı idi. İnanc, eyni zamanda inkar dövrü idi. Bir tərəfdən aydınlanma, digər tərəfdən də zülmət çağı yaşanırdı. Ümidin baharıydı, bədbinliyin qışı. Hər şeyimiz var idi, amma heç bir şeyimiz yox idi. Hər birimiz birbaşa cənnətə gedirdik, amma hamımız eyni zamanda cəhənnəmə də gedirdik."

5. F. S. Fitscerald - "MöhtəşəmQetsbi"

"Toy vaxtı bir nəsihət vermişdi atam, hələ də qulağımda sırğadır: "Nə vaxtsa birini tənqid etməyə çalışsan, unutma ki, hər kəs səninlə bərabər şərtlər altında gəlməyib dünyaya!"

6. German Melvill -"Ağ balina"

"İsmael deyin mənə. Bir neçə il qabaq - neçə il qabaq olduğu əhəmiyyət kəsb etmir, pulumun azaldığı, ya da heç qalmadığı bir vaxtda-,quruda da məni özünəbağlayan bir şey olmadığı üçün, bir boşluğa açılım, dünya sularını bir az gəzimdedim. Mən beləyəm; sıxıntıdan qurtulmağın, donmuş qanımı hərəkətə gətirməyin yolunu bu cür tapıram".

10. Duqlas Adams - "Avtostopçunun qalaktika cədvəli"

"Qalaktikanın Qərbi Dolanbac Qolunun bir qırağında, xəritəsi belə çəkilməmiş ucqar bir nöqtədə, gözdən uzaq, xırda və sarı bir günəş var. Bu günəşin orbitində, yüz qırx səkkiz milyon kilometrlik nəhəng bir məsafədə, tamamilə lazımsız və mavi-yaşıl rəngli, xırda bir planet fırlanır.Planetin meymun əcdadından törəmiş canlıları o qədər ibtidaidir ki, rəqəmsal qol saatının hələ də möcüzəvi bir şey olduğunu düşünürlər."

11. Frans Kafka - "Çevrilmə"

"Qreqor Samsa bir səhər yorucu röyalarından oyananda çarpayısında özünün nəhəng bir böcəyə çevrilmiş olduğunu gördü."

12. C. R. R. Tolkin -"Üzüklərin kralı : Üzük qardaşlığı"

"Torba sonundan cənab Bilbo Beqqins qısa bir müddətdənsonra yüz on birinci doğum gününü dəbdəbəli bir ziyafətlə qeyd edəcəyini elan edəndə Hobbit kəndində böyük bir həyəcana səbəb olmuş və dedi-qodular baş alıb getmişdi."

13.Vladimir Nabokov -"Lolita:Ağdərilidul kişininetirafları"

"Lolita, həyatımın işığı,qasıqlarımın atəşi. Günahım, ruhum, Lo-Li-Ta; dilin ucu damaqdan dişlərə qədərüç pilləlik bir yol alır, üçüncüsündə gəlir dişlərə dirənir. Lo-Li-Ta"

14. Oskar Uayld -"Dorian Qreyin portreti"

"Studiya güllərin məst ətriylə dolmuşdu; xəfif yay mehi bağçadakı ağacların arasında gəzişəndə açıq qapıdan yasəmənlərin ağır ətri, ya da çəhrayıçicəklər açmış tikan ağaclarının daha narın ətri gəlirdi."

15. Çak Palanik - "Tıxanma"

"Əgər bunu oxumağı qarşınıza məqsəd qoymusunuzsa, vaz keçin".

16.Mario Puzo- "Xaç atası"

"Hər böyük sərvətin arxasında bir günah gizlənir". (Balzak)

"Ameriqo Bonazera Nyu-YorkÜçüncü Ağır Cəza Məhkəməsinin salonunda oturub ədalətin yerinə yetirilməsini gözləyirdi; qızını insafsızca yaralayan, onun şərəfiyləoynayan adamlardan ədalətin əliylə intiqam almış olacaqdı."

17. Corc Oruell - "1984"

"Aprel ayının soyuq, amma parlaq bir günü idi; saatlar on üçü göstərirdi. Qıcıqlandırıcı küləkdən qoruna bilmək üçün çənəsini sinəsinə sıxmış Uinston Smit, sürətlə Zəfər Binasının şüşəli qapısından içəri girdi; amma bir toz buludunun da onunla birlikdə içəri soxulmasına mane olacaq qədər cəld hərəkət edə bilmədi".

18. Herbert Uells - "Görünməz adam"

"Əcnəbi, fevral ayınınəvvəlində, mövsümün son qarının yağdığı soyuq bir qış günü kəskin küləyin və şiddətli qarın altında, yaylalardan, göründüyü kimi Bramblhörst Stansiyası tərəfdən qalın əlcək taxdığı əlində balaca bir silah və bir çamadanla piyada gəlmişdi".

19. F. S. Fitscerald - "Cənnətin bu tərəfi"

"TƏRK ET BÜTÜN ÜMİDİ, EY SƏN, BURA GİRƏN - deyə qaralamışdılar On birinci Küçə iləBirinci prospekt tininin yaxınlığındakı Kimya Bankınınyan divarına qan qırmızı hərflərlə və hərflər Wall Street'dən kənara axan yolda qabağa tərəf sürüklənən taksinin arxa oturacağından görüləcək qədər böyük idi".

20. İncil

"1. Başlanğıcda Tanrı göyü və yeri yaratdı.

2. Yer boş idi vəyer üzünün forması yox idi; dərin zülmətlə örtülmüşdü. Tanrı'nın Ruhu suların üstündə dalğalanırdı.

21.Edqar Allan Po -"Boşboğaz ürək"

"DÜZDÜR! - gərgin idim - həddən artıq gərgin idim vəhələ də eləyəm; fəqət başdan çıxmış olduğumu deyə bilərsiniz? Bu xəstəlik hisslərimi kəskinləşdirdi - yox etmədi - korşaltmadı onları. Hər şeydən əvvəl kəskin bir duyğu başladı. Göydəki və yerdəki hər şeyi eşidirəm. Cəhənnəmdəki bir çox şeyihiss edirəm. Necə olur axı - dəli oluram? Dinləyin! Və izləyin, bütün əhvalatı necə də sağlam - necə də soyuqqanlılıqla danışacağımı)

22. Bülənt Parlaq - "Yalnızlığın kəşfi(1984)"

"İlahi ədalətin təmin olunmasıüçün aramızdan kiminsə haqsızlıqla rastlaşması lazım idi. İlk əl qaldıran mən oldum".

23.Orxan Pamuk- "Yeni həyat"

"Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi".

24. Albert Kamyu - "Yad"

"Bu gün anam öldü, ya da dünən, yaxşı yadımda deyil".

Kult.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.