Mədəniyyət

Moskvada Anarın 75 illik yubileyi təntənə ilə qeyd edilib

16 Aprel 2013 11:08
Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvanın Millətlər Evində Azərbaycanın xalq yazıçısı Anarın 75 illik yubileyi təntənə ilə qeyd edilib. Anspress-in məlumatına görə, Azərbaycanın səfiri Polad Bülbüloğlunun da qatıldığı tədbir Rusiyanın ədəbi camiəsinin diqqət mərkəzində olub. Belə ki, Anarı Azərbaycanın ictimai və mədəni həyatında cahanşümul hadisə adlandıran Polad Bülbüloğlunun səsinə səs verən Moskvanın tanınmış xadimləri onun yaradıcılığını klassık irsimizə aid ediblər.

Anar isə öz çıxışında Moskvanın onun həyatında oynadığı böyük roldan bəhs edib, gənclikdən - orada təhsil aldığı illərdən bağlı olduğu bu şəhərə bəlkə yenidən qayıdıb yaşamaq istəyini zarafatla belə ifadə edib: "Görürəm ki, AYB-nin Moskva filialı çox fəaldır burada. Bu məni Moskvaya köçüb sizin filiala üzv olmağa həvəsləndirir".

Yazıçı onu təbrikə gələn soydaşlarımızın və rusiyalı dostlarının da görüşünə əliboş gəlmədiyini bildirib və ssenarisi əsasında yeni çəkilmiş "Sübhün səfiri" filminə baxmağa dəvət edib. Filmin yaradıçı heyətinin də iştirak etdiyi tədbirə qatılan kinoşünas Sədaqət Kamal bu filmin Vətən xaricində yaşayan həmvətənlərimizə həqiqətən böyük hədiyyə olduğunu qeyd edib: "Azərbaycanın tarıxini və mədəniyyətini klassikimiz M. F. Axundovun həyat və yaradıcılığı fonunda işıqlandıran bu film xalqımızın yüksək mədəni səviyyəsini və böyük tarixini müdrük şəkildə təbliğ edən bir ekran əsəridir mənə görə. Filmə baxış zamanı ekranda Axundovun ölüm səhnəsi canlanarkən soydaşlarımızın hıçqırıqlarını görəndə bir daha inandım ki, xalqımız öz dəyərli oğullarının qədir-qiymətini bilən xalqdır. Bu sırada xalqı tərəfindən sevilən Anarımız da var."

Sonda Anar Rəsul Rza poeziyasının tanınmış tərcüməçisi moskvalı şair Sinelnekovu Azərbaycan ədəbiyyatının təbliğindəki böyük xidmətlərinə görə AYB-nin təsis etdiyi mükafatla təltif edib.

Qeyd edək ki, Anarın yubileyindən bir gün əvvəl Moskvada Günel Anar qızının da kitab və diskinin təqdimatı keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.