Mədəniyyət

Şirvan Tarix-Diyarşünaslıq muzeyində 10 mindən artıq eksponat qorunub saxlanılır

23 Avqust 2012 17:09
0 Şərh     Baxış: 1 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, Şirvan Tarix-Diyarşünaslıq muzeyi ilk dəfə 1980-cu ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılıb. İlk dəfə fəaliyyətə başlayanda müzeydə 250 ekspanat olub, amma hazırda muzeyin ekspanatları 10 mini
ötüb.

Muzeyin ilk eksponatı və ən qədim eksponatı gil küp olub. Qədimdə insanlar bu küpdən ərzaq saxlamaq üçün istifadə ediblər. Küp ərzağı soyuq saxlayırdı. Birinci minilliyin ortalarına qədər tarixi olan gil küp hazırda bərpaya göndərilib. Muzeydə mis qablar daha çox
üstünlük təşkil edir.

Muzeydə Tula zavodunun istehsalı olan samovar saxlanılır. Bu samovar 1890-cı ildə ümumdünya sərgisində qızıl medala layiq görülüb. Digər mis qablardan sarpus misgərlik nümunəsi var ki, bu da yeməkləri isti saxlamaq üçün istifadə olunurdu. Muzeydə mis qablarla yanaşı, saxsı qablar da çoxluq təşkil edir.

Muzeydə kasa və boşqab qablardan fraqmentlər saxlanılır. Muzey işçiləri tərəfindən bir küp qəbir də bərpa olunub saxlanılır. Muzeydə nadir tapıntılardan olan krit pulu da təkcə Azərbaycanda, Şirvan Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Krit pulu qədim krit mədəniyyətinə eramızdan əvvəl 4-3 cü əsrlərə aiddir. Muzeydə 19-cu əsrə aid xovlu və xovsuz xalçalar da saxlanılır. Muzeydə maraqlı ekspanatlardan biridə 1 milyon ildən artıq
yaşı olan daşa dönmüş ağacdır. Cənubi Qafqaz dağlarından tapılmış ağac kiçik olsa da, çəkisi 47 kiloqramdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.