Ermənilərin Xalq artistlərimizin oxuduğu mahnıları mənimsəməsinin qarşısı alındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müəllif hüquqlarının pozulması
Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi "İntizar" mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Yeni il mahnısı"nın isə erməni ifaçı Tiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bu barədə Milli.Az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
"İntizar" mahnısının mənimsənilməsi
Bildirilib ki, Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi "İntizar" mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən "İntizar" mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib və "Əsərin qeydiyyatı haqqında Şəhadətnamə" verilib.
Özünü "İntizar" mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu "Ter Hisus Ari" adı ilə ifa edib və Yutub səhifəsində yerləşdirib. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulub.
"Yeni il" mahnısının mənimsənilməsi
Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Yeni il mahnısı"nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilib. Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən "Yeni il mahnısı" 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilib və "Əsərin qeydiyyatı haqqında Şəhadətnamə" verilib.
"Yeni il mahnısı" erməni ifaçı Tiqran Asatryanın ifasında "Qez Hamar" adı ilə Yutubun Asatryan tərəfindən mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozub.
Əqli Mülkiyyət Agentliyinin müdaxiləsi
Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artash Asatryanın ifasında "Ter Hisus Ari" və Tiqran Asatryanın ifasında "Qez Hamar" adlı mahnılar Yutubun müvafiq səhifələrindən silinib.
Yutubda hüquq bərpası
Bununla da "İntizar" manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, "Yeni il mahnısı"nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər





