M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Yeni adlar" layihəsi çərçivəsində konsert keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər- Respublika və beynəlxalq müsabiqələr laureatları Aydan Yeşildağ (piano), Hidayət Sadıqbəyli (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda S.Raxmaninov piano və orkestr üçün 1 saylı konsert (fis-moll, op.1) və E.Grieg piano və orkestr üçün konsert (a-moll, op.16) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Yeni adlar" müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az