Mədəniyyət

Filarmoniyada Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib - FOTO

26 Sentyabr 2024 15:58
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının çərçivəsində növbəti konsert keçirilib. Öncəliklə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Manuel Montenegro keçirilən konsertlə bağlı öz fikirlərini dinləyicilərə çatdırıb.

Dirijor Migel Kampos Netonun (Braziliya) rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev) və Xorunun (xormeystr Sevil Hacıyeva) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) öz ifalarını dinləyicilərə təqdim edib.

Proqramda G.Malcher "İara" operasına uvertüra, C.Gomes "II Guarany" operasından "Sento una forza" dueti, J.Brandao "Eh Bumba", H.Villa-Lobos "10 saylı Şoro" (Bakıda ilk ifa), F.Schubert 3 saylı Simfoniya D dur, A.Dadaşov "Zəfər Çələngi" uvertürası, M.Campos "Gli Eroi" operasından duet (ilk ifa) səslənib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.