Uşaqların “Sim-Sim Lələ”si: Zeynəb Xanlarova məni saxlayıb dedi ki, "fikirləşmə ki, deputatam, amma..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O vaxt rəhmətlik Hüseynağa Atakişiyev məni Gənclər Teatrına qəbul etmişdi. Verilişlərə obraz lazım olanda gəlib-gedirdim. Hiss edirdim ki, redaksiyanın qonorar verməyə pulu yoxdur. Heç nə tələb etmirdim, obrazları böyük məhəbbətlə oynayırdım. 15 il fəaliyyətim davam etdi. Həmin ərəfədə mən "Şirinbacı" nənə, "Göygöz kosa", və s. rollar oynadım. "Uşaq verilişlərinə yeniliyi kim gətirdi? Əlbəttə ki, mən. Mən öz ağlımın, beynimin təxəyyülü ilə texnologiyanın olmayan vaxtında uşaqları maarifləndirdib, nağıllara, şeirlərə məhəbbətlərini artırdım. "Sim-Sim Lələ" obrazı ağlıma gəldi. İndi də onun çörəyini yeyirəm. Onun papağından tutmuş geyimlərini, sehrli durbinini özüm fikirləşmişdim. Redaksiya qəbul etdi, nağıllar yazıldı. Hər verilişin axırında "göydən üç alma düşdü" deyirdim, uşaqları sevindirirdim".
Milli.Az xəbər verir ki. bunu "Moderator.az"a açıqlamasında bir zamanlar ən məşhur uşaq verilişi, "Sehrli güzgü" proqramının "Sim-Sim Lələ"si, tanınmış aktyor Adışirin Bağırov deyib.
O daha sonra əlavə edib:
"Özüm uşaqlıq görməmişəm, uşaq həyatı yaşamamışam. Valideyn olmayan yerdə uşaq necə sevinib, şadlana bilər? Altı yaşım olanda hamı mənə deyirdi ki, "Qocalanda sənə necə müraciət edəcəklər? Adışirin baba?". Adımı hallandırıb gülürdülər. İndi mənim adımı "Sim-Sim Lələ" əvəz edir. Bəzən onu yadıma salıram, deyirəm ki, Allahın işinə bax da. Hələ yadıma gəlmir ki, o verilişi biz studiyada çəkək. Uşaqlar işıqlardan, kameralardan qorxurdu. Dişimizlə, dırnağımızla uşaqları parkda, zooparkda çəkirdik. Çox vaxt uşaqları özüm seçirdim. Çalışırdım ki, uşaqları həmişə maarifləndirim. Analar, nənələr mənə deyirdilər ki, uşaqlarımızı sizin verilişinizlə böyüdürük. Mən də çalışırdım ki, eyni uşaqlar çəkilməsin. Texnologiya inkişaf etdikcə artıq hiss edirdim ki, sehrdən danışmaq olmur, uşaqlar da zatən inanmazdılar. AZTV-də struktur dəyişikliyi oldu, redaksiyalar bağlandı. Obraz kimi mən və digər həmkarlarım kənarda qaldıq. İnciyib, küsmədim. Kimi qınaya bilərdim?! Bunu texnologiyanın inkişafı ilə əlaqələndirirəm. Başqa kanallar da dəvət etmədilər. Çünki mən AZTV-nin aktyoru idim. Deyirdilər ki, "sizi dəvət etsək deyəcəklər ki, AZTV-nin obrazıdır". Sözün düzü özüm də sonralar can atmadım. Hətta o vaxt Gənclər teatrında çalışanda Hüseynağa Atakişiyev qarşıma şərt qoyub dedi ki, "ya televiziyanı seç, ya da teatrı". Gözümü qırpmadan, düşünmədən televiziyanı seçdim. Teatrdan çox asanlıqla çıxdım. O vaxt məni haralara dəvət etmirdilər ki... Zeynəb Xanlarova bir dəfə AZTV-nin koridorunda məni saxlayıb dedi ki, "fikirləşmə ki, deputatam, amma verilişlərinə baxıram". Əlimi sıxıb, təşəkkür etdi. Bu mənim üçün unudulmaz bir görüş idi. Gözümdə şöhrət, pul qazanmaq yox idi. Olsaydı indi bəlkə də villalarda yaşayırdım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





