Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Eyfel qülləsinin qarşısında məşhur "Grand Palais Ephemere"də 10 illiyini qeyd edən "Revelations" Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən "Revelations" Beynəlxalq Biennalesi üçün seçilmiş "Bir günəş altında" adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, "Grand Palais" -Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı və fransız parlamentarilər, incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfir Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Fondun dəstəyi ilə Azərbaycanın istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayıb. Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltəraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltəraşlardan biri olduğunu qeyd edib. Elvin Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. "Revelations" Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir.
"Grand Palais" -Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın "Revelations" Biennalesində iştirakından şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. "Revelations" sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir.
"Bir günəş altında" instalyasiyasının müəllifi, heykəltəraş E. Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. Azərbaycan "44 günük müharibə" ilə uzun sürən Qarabağ münaqişəsinə son qoyduqdan sonra heykəltəraş saza ikinci həyat vermək qərarına gəlir və beləliklə, "Bir günəş altında" instalyasıyası yaranır. Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizminin, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir.
Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən biennaliyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib.
Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan "Revelations" Beynəlxalq Sənərkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
XƏBƏR LENTİ
-
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
Qazın qiyməti UCUZLAŞDI
-
39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
-
Neftdən gələn xəbər bazarları hərəkətə gətirdi
-
Trampın Qəzza planı niyə çökür?
-
Kuril adalarında güclü zəlzələ baş verib
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında





