Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 16-da Heydər Əliyev Mərkəzində dünyaşöhrətli musiqiçi, caz əfsanəsi Vaqif Mustafazadənin anım gününə həsr olunan "Anam. İçərişəhər. Xəzər..." adlı konsert keçiriləcək. Konsertin belə adlandırılması da təsadüfi deyil. Belə ki, Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən hər zaman etiraf edərdi: "Çünki, anam, İçərişəhər və bir də dəniz var idi".
Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə Azərbaycan caz-muğam musiqisinin məşhur nümayəndələri Vaqif Mustafazadənin əsərlərini ifa edəcəklər. Həmin gün konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə "Qaytağı" instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə "Bakı Kamera Orkestri ("Baku Chamber Orchestra") çıxış edəcək.
1940-cı ildə anadan olan görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR-in Əməkdar artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafazadə ilk təhsilini anası Zivər Əliyevanın çalışdığı 1 saylı musiqi məktəbində alıb. Vaqif Mustafazadə təhsilini 1957-1963-cü illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirib. 1964-cü ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə Tbilisi şəhərinə məşhur "Orero" ansamblına musiqi rəhbəri kimi dəvət edilib, elə həmin il Gürcüstan Dövlət Filarmoniyasının nəzdində "Qafqaz" caz triosunu yaradıb. 1967-68-ci illərdə Tallində Beynəlxalq caz festivalında iştirak edib.
1968-ci ildə görkəmli bəstəkar Rauf Hacıyevin dəvəti ilə Bakıya dönən Vaqif Mustafazadə 1969-cu ildə Bakıda "Caz-69" festivalında 1-ci mükafata layiq görülüb. 1970-ci ildə "Leyli" vokal kvartetini, 1971-ci ildə Dövlət Teleradiosunun nəzdində "Sevil" vokal-instrumental ansamblını yaradıb.
1977-ci ildə Donetskdə keçirilən caz festivalında laureat, 1978-ci ildə Tbilisidə caz festivalda laureat adına və ən yaxşı pianoçu mükafatına layiq görülüb. 1979-cu ildə "Əzizəni gözləyərkən" kompozisiyası ilə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində ən yaxşı bəstəkar kimi birinci yerin və "Ağ royal" mükafatının sahibi olub. Elə həmin il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
XƏBƏR LENTİ
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
-
“Neftçi” bu legionerlə yollarını ayırdı
-
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb - VİDEO - FOTO
-
"Barselona" Yamala şərt qoydu
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Millimiz dünya çempionatının yarımfinalında məğlub olub
-
İran millisindən yekun qərar - ABŞ-də qalmaq olmayacaq
-
İrəvanda saxlanılanların sayı artdı
-
Süni intellekt 1,3 milyard insan susuz qoya bilər
-
Ermənistan prezidenti səs verdi
-
Ən pis 2 yapon markası AVTOMOBİL
-
DÇ-2026-da ehtiyat oyunçularla bağlı qeyri-adi qərar
-
"Elə bil bunların atalarınındır"
-
Ronaldu antirekordunu təkrarladı





