Xəstəliyini ondan gizlədilər, çəkilişdə ağzından qan açıldı, kitab oxuya-oxuya öldü - Ələsgərdən maraqlı faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən Əməkdar artist Ələsgər Məmmədoğlu haqqında maraqlı faktları təqdim edir.
Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Ələsgərin atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb.
***
Ələsgərgil ailədə 4 bacı, 2 qardaş olubar. 12 yaşında atasını itirən aktyorun uşaqlıq illəri Kubinkada keçib. Atasının ölümündən sonra ailənin bütün yükü onun çiyinlərinə düşüb. 16 yaşından işləməyə başlayıb. Alver edib, tum, dondurma satıb. Gəmidə, zavodda "tokar" kimi də çalışıb.
***
Səhnə və teatrla ilk tanışlığı 15 yaşında olub. İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxır. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin sənətkarlığına vurulur. Elə o vaxtdan aktyor olacağına qərar verir. Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönmür.
Bir müddət Lütfi Məmmədbəyovun Xalq Teatrına getməyə başlayır. Sonra sənədlərini İncəsənət institutuna verir, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi kimi işləyir. Kütləvi səhnələrə çəkilir. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir.
***
1976-cı ildə Ələsgər bacısının həyat yoldaşının qohumlarından birinin Nazilə adlı qızına vurulur. Utancaq olduğundan bu barədə ancaq bacısına deyə bilir. Ailələrin razılığı ailə həyatı qururlar. Onların bir oğlu, bir qızı dünyaya gəlir.
Əsgər Məmmədoğlu "Qərib cinlər diyarında", "Yol əhvalatı", Alma almaya bənzər" filmlərində, "Evləri köndələn yar", "Qatarda", "Yaşıl eynəkli adam" tamaşalarında yaddaqalan rollar ifa edib. Ancaq onu tamaşaçılara ən çox sevdirən "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı olub. Adı Əsgər olsa da, bu filmdən sonra onu Ələsgər deyə çağırıblar. Getdikcə öz adı unudulub, o, da özünə elə Ələsgər adını götürüb. 2002-ci idlə əməkdar artist adını alıb.
***
1980-ci ildə Ələsgər Məmmədoğlu Alen Delonun da çəkildiyi SSRİ, Fransa və İsveçrə istehsalı olan "Tehran-43" filminə çəkilir. Amma onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılır. Bu aktyora çox pis təsir edir. "Bu film olduğu kimi yayımlansaydı, mən bütün ittifaqda məşhur idim" sözlərini deyir.
***
Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar.
Aktyorun filmdə dediyi "nə var e, Ələsgər, Ələsgər" sözləri uzun müddət tamaşaçıların ən sevimli replikalarından birinə çevrilib. Hətta bir çox adamalar avtomobillərində onun səsi yazılmış siqnallardan istifadə ediblər. Bir dəfə bir cavan oğlan ona deyib ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat xərcləmişəm. Aktyor isə zarafatla cavab verib ki, elə o pulun yarısını mənə verərdin, maşının qabağında özüm oturub qışqırardım.
***
Aktyor özü haqqında deyirmiş: mənim utancaqlığım başıma bəla oldu. Heç nə edə bilmədim, abır-həya güddüm.
Bir vaxtlar aktyor haqqında qəzetlərin birində xoşagəlməz xəbər yayılır. Aktyorun imkansızlıq ucbatından qapılar döydüyünü, reketliyə yaxın yolla pul qazandığı iddia edilir. Lakin, aktyor müsahibələrinin birində bu haqda deyir:
"Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Qabaq gedib 4 nəfər məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır. Daha o imkan da kəsilib".
***
Qəribədir ki, aktyora çox tanınmasının səbəbi barədə sual verəndə o, səbəb kimi dişlərini deyib. Ömrünün son illərində rolsuzluqdan şikayət edən Ələsgər Məmmədoğlunun ən çox göründiyi yer şəhər çayxanalarından biri olub. Hətta ondan zarafatla çayxanada işlədiyini soruşurmuşlar. Aktyoru ən çox əsəbləşdirən sual isə "niyə maşının yoxdur?", olub.
Ailəsinə və uşaqlarına çox bağlı biri olub. Qız nəvəsini hamıdan çox istədiyini deyirmiş. Oğlu xatirələrində deyir:
"Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. O, övladlarına kənardan nəzarət etməyi bacarırdı. Evin tək oğlu olduğumdan mənə ciddi nəzarət edirdi. Bir dəfə məni sinifdən çıxartmışdılar. Atam direktorun yanına getdi. Yarım saatdan sonra gördüm ki, direktorla öz dünylarındadırlar. Nəsimidən, ədəbiyyatdan söhbət edirlər, mən qıraqda qalmışam".
***
Onun üçün baş və ya epizodik rolların heç bir fərqi olmayıb. Hansı rolları veriblər, onu da oynayıb. "Mən ancaq baş rolda oynayacağam" deyə iddiası olmayıb. Ən böyük arzusu isə Hacı Qara tamaşasında Hacı Qaranı ifa etmək olub.
Televiziya verlişlərinin birində qonaq olarkən qəfildən halı pisləşir, ağzından qan gəldiyi üçün çəkilişi saxlayırlar. Aktyoru evə gətirəndə hər kəs elə bilir ki, o, insult keçirib. Ertəsi gün müayinə olunanda isə məlum olur ki, onun qara ciyərində şiş var. Xəstəliyi cəmi 40 gün çəkir. Ailəsi onu İrana aparır. Həkimlər deyir ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Ölümündən əvvəl kitab oxumaq istədiyini deyir. Bir dəqiqədən sonra elə əlində kitab 2015-ci il dekabrın 21-də dünyasını dəyişir. Ailəsi son ana qədər xəstəliyini ona demir, gizlədir.
***
Ələsgər Məmmədoğlunun ən son çəkildiyi film "Xoxan" olur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
XƏBƏR LENTİ
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
-
Tramp: Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək





