Mədəniyyət

Tərlan Növrəsli Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə “Qarabağıma gəl” adlı yeni kitabını təqdim edib - VİDEO - FOTO

27 May 2022 20:24
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Bakı Beynəlxalq Piano Festivalının çərcivəsində Tərlan Növrəsli Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə "Qarabağıma gəl" adlı yeni kitabını təqdim edib. Tərlan Növrəsli minə yaxın romantik fəlsəfi poemanın, romanların, poemanın, elmi məqalələrin, dərsliklərin, proqramların, tədris-metodiki əsərlərin, müxtəlif nəşrlərdə çap olunmuş elmi məqalələrin müəllifidir. Nərgiz Əliyevaya Avropa Elmlər Akademiyasının Motsart medalı və Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.

Mayın 20-dən 27-dək Bakıda ilk beynəlxalq fortepiano festivalı keçirilir. Həftə ərzində aparıcı xarici və Azərbaycan fortepiano virtuozları tamaşaçılara yaxşı musiqidən həzz almaq imkanı verilib. Festival Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalın təsisçisi və direktoru Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.