Mədəniyyət

Dövlət Simfonik Orkestrinin konserti baş tutdu - FOTO

16 May 2022 18:18
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Yeni adlar" layihəsi çərçivəsində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və beynəlxalq müsabiqələr laureatları, Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli, Zərifə Alxazova konserti baş tutdu.  Bu axşam tamaşaçılar dünya  klassik musiqisinin incilərindən zövq ala bildilər. Musiqiçilər Lüdviq van Bethovenin Fortepiano Konserti N4 G-dur op.58 və Dmitri Şostakoviçin Skripka Konserti N1 a-moll op.77-ni ifa etdilər.

İstedadlı musiqiçilərin parlaq və ürəkaçan ifası tamaşaçıları valeh etsi. Konsert gecəsi gurultulu alqışlarla başa çatdı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.