Mədəniyyət

Əfsanəvi skripkaçı Gidon Kremerin 75 illiyinə həsr olunan konsert olacaq - Heydər Əliyev Mərkəzində

26 Yanvar 2022 17:21
0 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

5 mart tarixində Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq. Təşkilatçı - Premier LTD.

Kompomissiz sənət dünyagörüşünə malik musiqiçi Gidon Kremer öz nəslinin ən hörmətli və nüfuzlu sənətçilərindən biri kimi dünya miqyasında şöhrət qazanmışdır.

Onun geniş repertuarı həm klassik əsərlər, həmçinin 20-21-ci əsrlərin aparıcı bəstəkarlarının musiqisini əhatə edir.

Heç bir başqa solist müasir bəstəkarların və yeni skripka musiqisinin maraqlarını Gidon Kremer qədər müdafiə etməmişdir.

O, Alfred Schnittke, Arvo Pärt, Giya Kancheli, Sofia Gubaidulina, Valentin Silvestrov, Luigi Nono, Edison Denisov, Aribert Reimann, Pēteris Vasks, John Adams, Victor Kissine, Michael Nyman, Philip Glass kimi bir çox müasir bəstəkarlarla sıx əməkaşlıq edib. Onların bir çoxu əsərlərini Gidona həsr edirdi, hansıların ilk ifaçısı adətən Maestronun özü idi.

Beynəlxalq səviyyəli skripkaçı kimi, o, Leonard Bernstein, Riccardo Muti, Claudio Abbado, Lorin Maazel, Herbert von Karajan, Nikolaus Harnoncourt və ya Seiji Ozawa kimi nüfuzlu dirijorlarla və ən böyük orkestrlərlə bərabər çıxış edir.

1997-ci ildə Gidon Kremer 3 Baltik ölkələrdən olan istedadlı gənc musiqiçilərdən ibarət olan Kremerata Baltica kamera orkestrinə əsas qoyub.

Mövcud olduğu müddətdə orkestr 50-dən çox ölkədə qastrol səfərində olub. Kollektivlə birlikdə görkəmli müasir ifaçılar, o cümlədən Jessye Norman, Mixail Pletnev, Thomas Zehetmair, Yo-Yo Ma və başqaları çıxış ediblər. Musiqiçilərin 50-dən çox CD-si buraxılıb və 2002-ci ildə orkestr GRAMMY və ECHO kimi nüfuzlu mükafatlara layiq görülüb.

Gidon Kremer 120-dən artıq albom buraxıb və Ernst von Siemens Musikpreis, Bundesverdienstkreuz, Moskvanın Triumf Mükafatı, Unesco və Una Vita Nella Musica - Artur Rubinstein kimi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bundan əlavə 2016-cı ildə Yaponiyanın İmperatoru onu musiqi dünyasında Nobel mükafatına bərabərləşdirilən Praemium Imperiale mükafatı ilə təltif edib.

Bu il maestronun 75 illiyi və onun yaratdığı Kremerata Baltica Orkestrinin 25 illik yubileyi qeyd olunur. Sənətçilər ikiqat yubileylərini Kanada, Amerika, Avropa və Asiya şəhərlərinə qastrol səfərləri ilə qeyd edirlər.

Martın 5-də məşhur Maestro ilə birlikdə skripkaçı Madara Petersone (Latviya) və Azərbaycanın Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir səhnədə çıxış edəcək.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.