Mədəniyyət

Heydər Əliyev Sarayında “Knyajna Meri” dramatik tamaşasının premyerası baş tutub - VİDEO - FOTO

24 Yanvar 2022 14:40
Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 23-də Heydər Əliyev Sarayında "Knyajna Meri" dramatik tamaşasının premyerası baş tutub. Azərbaycanda ilk dəfə səhnələşdiriləcək tamaşa M.Lermontovun "Zəmanəmizin qəhrəmanı" romanının motivləri əsasında hazırlanıb.

Heydər Əliyev sarayının mətbuat katibi Aytac Bağırlının məlumatına görə, tamaşanın baş dirijoru Vitaliy Kulbakov, rejissoru Tatyana Sambuk (Moskva), bədii ideyasının müəllifi Yelena Mikulinskayadır (Moskva).

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən tamaşada rollarda "Kinoaktyor Teatr-Studiyası"nın ən məşhur və sevilən aktyorları, Belarus Respublikasının Əməkdar artisti Aleksandr Timoşkin, Vera Polyakova, Yuri Baranov, Dmitri Eqorov, Yana Xodanoviç, həmçinin Dmitri Klimoviç və Marqarita Kiselite iştirak ediblər.

Belarus Respublikasının Prezident orkestrinin müşaiyəti və "Kinoaktyor Teatr-Studiyası"nın aktyorlarının iştirak ilə, dostluq, xəyanət, ölüm, dəhşətli və ehtiraslı sevgi haqqında danışılan hekayədə, yolu üzərində olan hər şeyi, hətta özünü belə məhv etməyə qadir olan insandan bəhs olunur.

Tamaşada Bi2, The Hatters, Dalida, Serge Gainsbourg və s. kimi məşhur qrupların və ifaçıların musiqiləri səslənib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.