Mədəniyyət

"Sülh dayanıqlı olmalıdır ki mədəniyyəti qura bilək"

2 Dekabr 2021 12:46
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilən əraziləri bərpa etmə işləri mədəniyyətlə başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, bərpa üçün mədəniyyət bunun üçün mühüm amildir.

"Biz bərpa işləri üçün dayanıqlı sülhdən əmin olmalıyıq. Mədəniyyət naminə sülhü qonşularımıza təlqin etməliyik. Sülh dayanıqlı olmalıdır ki mədəniyyəti qura bilək. Bu sadəcə mədəniyyətlərin bərpası yox, bu həm də mənəvi məna daşıyır.

Qeyd edək ki, ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.