Mədəniyyət

"Dayanıqlı sülh daimi səylər tələb edir"

2 Dekabr 2021 12:42
Baxış: 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dayanıqlı sülh daimi səylər tələb edir və buna nail olmaq üçün biz əlaqəli şəkildə işləməliyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Sivilizasiyaların alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın təşkil etdiyi bu tədbir sıx, inklüziv, dinc və ahəngdar cəmiyyətin qurulmasına yönəlib.

Qeyd edək ki, ADA Universitetində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının Tərəfdaşlar Forumu ("Peace4Culture" Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.