Mədəniyyət

“Gənclərə dəstək 5 il sizinlə” adlı konsert keçiriləcək

30 Noyabr 2021 12:36
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə, 15 noyabr 2016-cı ildə Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi və Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadənin təşəbbüsü ilə "Gənclərə dəstək" layihəsi yaradılmışdır. Bu il layihənin 5 ili tamam olur.

7 dekabr 2021-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Gənclərə dəstək 5 il sizinlə" adlı konsert keçiriləcəkdir. Konsertdə gənc istedadlı musiqiçilər çıxış edicəklər: Xədicə Hacılı (violin), Əli Talıbov (piano), Sevinc Ağayeva (piano),  Tomris Eyvazlı (piano), Zeyn Cəfərov (violin), Ömər Bəbirli (vokal), Xədicə Cahangirova (piano), Zeynəb Əlizadə (piano), Səidə Əhmədova (violin), Turan Cəfərzadə (piano), Ayla Pənahova (piano), İsfəndiyar Dadaşov (xanəndə), Valeriya Olxovaya (piano), Rəhilə Nəzərova (fleyta), Vəlizadə İnci (piano), Nurcan Həmidli (violin), Amin Bünyatov (qarmon).
Konsertdə bədii rəhbər Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında Azərbaycan Milli Konservatoriyasının Xoru da çıxış edəcək. Proqramda Azərbaycan, rus və qərbi-avropa bəstəkarlarının əsərləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.