Hadisə, Kriminal

Uşağı doğub soyuducuya qoydu - Dəhşət

21 Oktyabr 2021 10:42
0 Şərh     Baxış: 1 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Rovensk vilayətində 35 yaşlı qadın körpə dünyaya gətirib və onu soyuducuya qoyub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qadın qızın ölü doğulduğunu iddia edib.

Məlumata görə, qadın evdə körpə dünyaya gətirib və göbəyini özbaşına kəsib. Sonra körpəni dəsmala büküb paketə salaraq soyuducuya qoyub. Qadının iddiasına görə, qızı vaxtından əvvəl və ölü doğulub.

Polis, qadının hamiləliyin təxminən 37 həftəsində bir körpə dünyaya gətirdiyini təsbit edib. Ekspertiza qızın diri doğulduğunu və ölümün bədənin ümumi hipotermiyası səbəbindən baş verdiyini təsdiqləyib.

35 yaşlı qadın vaxtından əvvəl doğuşdan sonra uşağını qəsdən öldürməkdə təqsirli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.