Hadisə, Kriminal

21 yaşlı Azranın qətlinə səssiz qalmadılar

3 Avqust 2021 18:24
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşlı Azra Gülendamın vəhşicəsinə qətlə yetirilməsinə Türkiyənin məşhur simaları səssiz qalmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Gülbən Ergen gənc qıza təcavüz edərək onu öldürən şəxsin fotosunu paylaşaraq bu sözləri yazıb.

"Universitet məzunu, varlı, insan görünüşlü şeytan, nə düzgün üzlü bir adam, elə deyilmi? Qıza təcavüz etdi, boğdu, parçalara böldü, paketlərə qoydu, məşəyə apardı, basdırdı. Qatil Mustafa Murat Ayhan.".

Aktrisa Ayşe Arman da gənc qızın həyatının belə sonlandırılmasına öz etirazını belə ifadə edib:

"Yetər, yetər! Avazım çıxdığı qədər qışqırmaq istəyirəm... Yorulduq, bitdik, tükəndik, dayanmağa gücümüz qalmadı... Nəyə üzüləcəyimizi, nəyə isyan edəcəyimizi bilməz olduq!

Antalyada 5 gündür itkin düşən jurnalistika fakültəsinin tələbəsi Azra Gülendam Haytaoğlu təcavüzə məruz qalaraq vəhşicəsinə öldürülmüş vəziyyətdə tapıldı. Daha 21 yaşında pırıl-pırıl gənc qız! Yenə alçaq bir hərif tərəfindən həyatdan qopardıldı...

Dindirilmədə etdiyi hər şeyi etiraf etdi. Azranın cansız bədəninə ülgüclə adını yazacaq qədər pislik, cani, azğın ... Bunu təsvir edəcək bir sifət tapa bilmirəm. İnsanın qanı donur. Uşaqlarımız, qadınlarımız yox olur, amma bu alçaq adamlar bitmir. Ölsünlər! Mən edama qarşıyam, amma artıq dünyanın belə pisliklərdən təmizlənməli olduğuna inanıram".

Müğənni Aynur Aydın isə olaya belə isyan edib:

"Yazıb-yazıb silirəm, nə desəm əksik qalır, həyatdan qopartdığınız bütün qadınlarımızın əli yaxanızda olsun, sizin zehniyyətiniz batsın!" 

Müğənni Kaan Boşnak "Bu ölkədə insan olaraq yaşamaq çətinkən qadın olmaq..." qısa şərhi ilə fikirlərini ifadə edib.

Qeyd edək ki, Antalyada 5 gündür itkin düşmüş hesab edilən 21 yaşlı Azra Gülendam Haytaoğlunun cəsədi tapılıb. O əmlak satışı üzrə ofisin sahibi Mustafa Murat Ayhan vəhşicəsinə qətlə yetirilib. M.Ayhan Azraya təcavüz etdikdən sonra onu boğaraq öldürüb. Daha sonrada gənc qızın cəsədini 5 hissəyə bölüb, çamadana yığaraq meşəyə daşıyıb və orada basdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.