Hadisə, Kriminal

Ana "öləcəksən onsuz da" deyib oğlunu zəhərlədi

17 İyun 2021 18:00
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kayseridə (Türkiyə) 3 yaşlı oğlu Y.T-yə narkotika qəbul etdirib, sonra da ölməsi üçün dərman verən ana saxlanılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu azmış kimi etdiklərini telefona da çəkib. Məhz bu görüntülər yayıldıqdan sonra da qadın saxlanılıb. Məlumata görə, İngiltərədə yaşayan Turgut Ö. ilə Öznur Ö. 4 il öncə dini nikaha girib. Muş şəhərində birlikdə yaşayan cütlüyün bir il sonra övladları dünyaya gəlib. Lakin Turgut işləmək üçün İngiltərəyə getdikdən sonra qadın ailəsinin yanına dönüb.

Sonra Öznür oğlunu başqa bir nəfərin adına yazdırıb. Telefona çəkdiyi videoda narkotikləri götürərək oğluna "nə sən, nə də mən daha yaşamayaq. Bu həyatı bizim üçün çox gördülər. Öləcəksən onsuz da, ona görə iç bunu" deyib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.