Hadisə, Kriminal

Qayınanadan maraqlı açıqlama: "Küçənin ortasında Sevda qaçır, mən qaçıram" - VİDEO

17 May 2021 19:24
Baxış: 3 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər telekanalında yayımlanan "Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, verilişdə iştirak edən Sevda adlı qadın anasını axtardığını bildirib. Belə ki , verilişdə həyat yoldaşından ayrılan Sevdanın uşaqlarına qayınanası baxdığı məlum olub.

Verilişə gələn qayınanası bildirib ki, "O bizə gəlin gələndə yaşı az idi. Biz onun hər nazını çəkirdik. Ancaq onu götürüb saxlayan ana Sevdanın həyatını dağıtdı. Özünü ortada qoydu, uşaqları isə mən saxlayacam deyib sonra onları da atdı. Onlar boşananda mən məsələnin üstündə özüm durdum. Uşaqlara aliment kəsdirdim. Həmin pul ilə də onlar uşaqları saxlaya bilmədilər. Analığı bizə zəng etdi ki, Sevda uşaqları da götürüb evdən qaçıb. Biz isə uşaqlar ilə bərabər Sevdanı da qəbul etdik. Birlikdə evə gələn zaman yolda Sevda yanımdan qaçmağa başladı mən də onun arxasında qaçdım. Axırda dedim ki, dayan heç olmasa sənə yol pulu verim. Mənə dedi ki, sizin mənə nə uşağınız nə də yol pulunuz lazım deyil".

Verilişdən olan həmin hissəni təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.