Hadisə, Kriminal

Qaçırdığı qız bakirə çıxmadı, sonra... - Azərbaycanda dəhşətli olay

21 Dekabr 2018 17:19
14 Şərh     Baxış: 6 890

Biləsuvar rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Amil Məmmədovun (ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, Asəf Həsənlinin bacısı Samirə Beyləqan rayon sakini Nurəli Kərimov ilə evlənib.

Bacısının bakirə olmamasını yaydı

Amma sonradan Samirənin bakirə olmadığını əsas gətirən Nurəli ondan ayrılıb. Samirədən ayrılan Nurəli Samirənin bakirə olmaması barədə ayrı-ayrı şəxslərə danışıb.

Buna görə də Amil Nurəli Kərimovu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, 22 dekabr 2017-ci il tarixdə saat 20 radələrində Nurəli Kərimovun idarə etdiyi "Slavita" markalı avtomobildə Beyləqan şəhəri, Ramiz Abbasov küçəsində Mahmud Ağayevə məxsus mağazanın qarşısında dayandığını görüb.

Qisas cinayəti

Amil Məmmədov avtomobildə sükan arxasında olan Nurəli Kərimovu qəsdən öldürmək məqsədi ilə ürək nahiyəsinə dörd dəfə ardıcıl zərbə vurub. Amma Amil Məmmədovun vurduğu zərbədən Nurəlini əynində olan qalın gödəkcəsi xilas edə bilib.

Onu gödəkcəsi xilas etdi

Əynində qalın gödəkcəsi olan Nurəlinin ürəyinə bıçağın dəyməsi mümkün olmayıb. Ürək nahiyəsi ətrafında xəsarətlər alan Nurəlini hadisə şahidləri xəstəxanaya çatdırıb.

Vaxtında Nurəli Kərimova tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Amil Məmmədov həbs edilib.

Həbs və ittiham

İstintaq orqanı tərəfindən Amil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

"Bacım haqqında şayiələr yayıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmişi öldürmək niyyəti olmayıb: "Mən Nurəlini qorxutmaq istəmişəm. Buna səbəb onun bacım barəsində rüsvayedici şaiyələr yayması, bu səbəbdən ona xəbərdarlıqlar etməyimə baxmayaraq yaymaqda davam etməsi olub".

"Bacımın bakirə olmadığını deyiblər"

Təqsirləndirilən şəxs qeyd edib ki, qohumluq münasibətləri olan Nurəli Kərimov onun bacısı Samirə ilə ailə qurmaq məqsədi ilə 2017-ci ilin iyul ayında özü ilə Bakı şəhərinə aparıb, sonra isə Beyləqan şəhərində yerləşən evinə gətirib: "Bacım ilə on-on beş gün yaşadıqdan sonra onun bakirə olmadığını əsas gətirməklə geri qaytarıb. Bundan sonra bacım Elşən adlı digər şəxsə qoşularaq getməklə onunla ailə qurub. Lakin Nurəli Kərimov və onun ailə üzvləri Elşənə, valideynlərinə zəng vurub, bacımın onunla evlənərkən bakirə olmadığını bildiriblər. Bundan sonra Elşən də bacım ilə yaşamaq istəməyib. Nəticədə bacım evimizə qayıdıb".

"Mağazadan idman papağı aldım və başıma qoydum"

Amil Məmmədov qeyd edib ki, Nurəli Kərimovu bacısının barəsində şayiələr yaydığına görə öldürmək qərarına gəlib: "Bu məqsədlə dekabrın 22-də, saat 18 radələrində Beyləqan şəhərinə gəldim, Nurəlinin sürücü işlədiyi Beyləqan rayon mərkəzi xəstəxanasının yaxınlığına getdim. Orada onun işdən çıxmasını gözlədim. Lakin Nurəli işdən çıxmadı. Sonra Nurəligilin evləri tərəfə getdim. Evlərinin yaxınlığında yerləşən çayxanada bir neçə nəfərlə birlikdə olduğunu gördüm. Küçədə dayanaraq Nurəlinin çayxanadan çıxmasını gözlədim. Təxminən yarım saat gözlədikdən sonra Nurəli çayxanadan çıxdı, evlərinə tərəf getməyə başladı. Nurəlinin məni tanımaması üçün yaxınlıqdakı mağazadan idman papağı aldım və başıma qoydum. Sonra Nurəlilin evi istiqamətdə getdikdə onun idarə etdiyi avtomaşını mağazanın qarşısında gördüm. Sağ tərəfdən avtomaşına yaxınlaşdıqda Nurəlinin sükan arxasında oturduğunu gördüm".

"Başımıza nə oyun açırsan, özünü nə hesab edirsən"

Amil Məmmədovun sözlərinə görə, avtomaşının qabaq sağ qapısını açıb və avtomaşına əyləşib: "Bu zaman Nurəli məni gördü və avtomaşından qaçmaq istədi. Lakin sol əlim ilə Nurəlinin yaxasından tutdum, qaçmasına imkan vermədim. Bu zaman Nurəli qışqırmağa başladı. Həmin vaxt Nurəliyə "başımıza nə oyun açırsan, özünü nə hesab edirsən", - deyərək bıçaqla onun ürək nahiyəsinə dörd dəfə zərbə vurdum. Lakin Nurəlinin əynindəki paltarlar qalın olduğu və bıçaq arxaya qatlandığı üçün ona ürək nahiyəsinə xəsarət yetirə bilmədim. Bu səbəbdən sol əlim ilə Nurəlinin saçlarından tutdum, özümə tərəf çəkərək bıçaqla onun boğazına bir dəfə zərbə vurdum. Nurəli "ay Allah öldüm", - deyərək avtomaşının qabaq oturacaqları üzərində uzanıqlı vəziyyətdə hərəkətsiz qaldı".

"Polisdə adam öldürdüyümü dedim"

Amil Məmmədov bildirib ki, Nurəli tam hərəkətsiz qaldığı üçün onu öldürdüyünü güman edib: "Həmin vaxt kimsə məni arxadan tutaraq avtomaşından çölə çıxardı. Arxaya baxanda iki nəfər şəxsin məni tutduğunu gördüm. Onlardan biri Nurəlinin qardaşı Məhəmməd məni arxadan tutaraq saxladı, digəri isə yumruqla sağ qaşüstü nahiyəmdən vurdu. Bu zaman əlimdəki bıçaqla məni saxlayan Məhəmmədin sol böyründən vurdum. Həmin adamın əlindən çıxaraq qaçdım. Orada tanımadığım taksiyə minərək Bəhrəmtəpə qəsəbəsinə getdim. Bəhrəmtəpə qəsəbəsində üç yol adlanan yol ayrıcında bıçağı həmin yerdən keçən beton su kanalına atdım. Sonra isə birbaşa yaşadığım qəsəbədə yerləşən Cəbrayıl rayon polis şöbəsinə getdim. Növbətçi hissəyə yaxınlaşaraq bıçaqla adam öldürdüyümü bildirdim. Polis əməkdaşları Beyləqan rayon polis şöbəsi ilə əlaqə saxlayarkən Nurəli Kərimovun ölmədiyini bildim".

9 il 6 ay həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Məmmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Məmmədov apelyasiya şikayəti verib.

O, barəsində olan cinayət əməlinin Cinayət Məcəlləsinin 128.-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Amil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb.

Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Milli.Az 

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    @@@ · 21 Dekabr 2018 17:33103

    Nə qədər şərəfsiz adam olasanki kiməsə zəng edib artıq əskik söz deyəsən, kiminsə ailəsinj dagıdasan. Belə qardaşın əllərinə saglıq. Ancaq heyifki şərəfsiz ölməyib.

    Cavab yaz
    • Anonim
      Bakinec · 21 Dekabr 2018 22:2651

      Qumru duz deyir bolgelerden bele xeberler cox gelir.bakidanda gelire arawdirirsan gorusen bakida qalandi ama bakili deyil gelib bakimizinda ziblin cixardirlar.bezileri.

      Cavab yaz
      • Anonim
        @@@ · 22 Dekabr 2018 00:1731

        Bakinec, bilirəm. Bölgələrə o qədər nifrət edirsizki əlacınız olsa deyərsizki kaş ki erməni bölgədə yaşayanlarımızın hamısını qırsın qurtarsın. Bu istəyə Qumru da qoşuldu. Halal olsun.

        Cavab yaz
      • Anonim
        @@@ · 22 Dekabr 2018 00:2231

        Bakinec və Qumru, bölgələrə nifrət edəndə düşününki, o bölgələr Azərbaycandır.

        Cavab yaz
  • Anonim
    vusale · 21 Dekabr 2018 17:4493

    Bacida gorunur exlaqsizdir. Evvel birine qoshulub bakiya gedir 2 hefte onla qalir sonrada bashqasi chixir onla yashayir sonra oda bunu atir. Baci deyil e exlaqsizin biridir

    Cavab yaz
  • Anonim
    Qumru · 21 Dekabr 2018 19:0863

    Bu bolgelerden ne desen cixir

    Cavab yaz
    • Anonim
      @@@ · 21 Dekabr 2018 20:0015

      Qumru, bölgələrdən xoşun gəlmir?

      Cavab yaz
    • Anonim
      12345 · 22 Dekabr 2018 17:1600

      Yadima gelirki biz hemişe bir nece saatlıg istirahet ücün Bakiya gelirdik.Yeqin başa düşdüz Qumru

      Cavab yaz
      • Anonim
        duz soz · 23 Dekabr 2018 02:3500

        bakida istiraheti oz yerlilerinle rdirsende

        Cavab yaz
  • Anonim
    Haqq · 21 Dekabr 2018 19:2220

    Əsil həqiqət məlum olmadıqından konkret rəy bildirmək mumkun deyil.Yazılanların dogru olduquna istinad etsək bir halda ki onunla yaşamaga xitam vermisən daha onu niyə şantaj edirsən. Qoy öz həyatın qurub yaşasın da.

    Cavab yaz
    • Anonim
      @@@ · 21 Dekabr 2018 19:4550

      Çünki nakişi, biqeyrətdir. Kişilikdən xəbəri olmayan alçaqdır. Ayrılıbsan , ta həyatını niyə qarışdırırsan?

      Cavab yaz
  • Anonim
    Qumru · 21 Dekabr 2018 20:3611

    Her gun pis xeberler ordan gelir Adam lap nifret edir

    Cavab yaz
    • Anonim
      @@@ · 21 Dekabr 2018 21:0662

      Qumru xanım, Bakıdan gələn pis xəbərləri ya oxumursan, ya da görməzdən gəlirsən. Şərəfsizin kəndi, şəhəri olmur.

      Cavab yaz
  • Anonim
    Sefa · 21 Dekabr 2018 21:1530

    Bacida ne baci ..ayrilanda 10 -15 sonra biri ile yashamaga baslayib..aradada qardas cavan omrunu turmede kecirecek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.