Hadisə, Kriminal

Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkarlandı

10 Noyabr 2018 15:54
1 Şərh     Baxış: 546

Bakıda qadının yaşadığı evdən tüfəng və patron aşkar edilərək götürülüb.

Milli.Az bildirir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinən, habelə lüləsi və qundağı kəsilən tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    @@@ · 10 Noyabr 17:5700

    İşverən kim imiş elə? Görən əvəzində nə veriblər?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.