Hadisə, Kriminal

Sabirabad və Saatlıda qətllər törətdi, ömürlük həbs cəzası aldı

8 Noyabr 2018 18:48
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Report-a istinadən bildirir ki, məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu da öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib.

Qətlə səbəb T.Sadıqov və K.Yaqubovun F.Əliyevi söyməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.