Hadisə, Kriminal

Göyçayda kafedə qadın qarət olundu

18 Oktyabr 2018 20:48
2 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda qadın kafedə qarət edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Potu kəndi ərazisindəki "Şam bağı" kafesində baş verib.

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən F.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.