Hadisə, Kriminal

Cəlilabadda iki toyda kütləvi dava

19 Avqust 2018 10:09
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.