Hadisə, Kriminal

Gürcüstanda azərbaycanlılar saxlanıldı - VİDEO

17 İyul 2018 16:48
0 Şərh     Baxış: 2 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlılar saxlanılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, əsasən azərbaycalıların çox yaşadığı Qardabani rayonunun Qaracala kəndində və Tiflisin Poniçala qəsəbəsində polis narkotik alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. 

Bu zaman qanunsuz narkotik maddə almaq və saxlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Evlərdə aparılan axtarış zamanı 18 paket heroin, 2 tapança, 1 ov tüfəngi, narkotik vasitə hesab edilən Buprenorfin, Suboteks, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu götürülüb. Bildirilir ki, saxlanılanları 8 ildən 20 ilədək, və ya ömürlük həbs gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gürcüstanda 7 azərbaycanlı tutuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.