Hadisə, Kriminal

"Xəstəliyimlə əlaqədar istədim" - Keçmiş məhkum saxlanıldı - VİDEO - FOTO

17 İyul 2018 16:35
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayonunun Karrar kənd sakini Rauf İbrahimovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkməsi və kultivasiya etməsi barədə daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Nəticədə adı çəkilən şəxsin Kürdəmir rayonunun Karrar kəndindəki yaşadığı evinin həyətyanı bağ sahəsində əkdiyi 9 ədəd, narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb. Rauf İbrahimov əvvələr də oğurluq maddəsi ilə həbs edilərək məhkumluq həyatı yaşayıb. 

Rauf İbrahimov - Saxlanılan şəxs: "Xəstəliyimlə əlaqədar istədim istifadə edim. 2 ay məşğul olmuşam, qulluq etmişəm. Heç vaxt satış haqqında fikirləşmişəm, bu yaşımda durum alver eləyim? Ancaq öz istifadəm üçün əkmişəm. Cavanlara da məsləhət görmürəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.