Hadisə, Kriminal

Masallıda qadın, oğlu və qardaşı oğlu göldə batıb - YENİLƏNİB

10 İyul 2018 21:59
7 Şərh     Baxış: 6 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:59

Masallı rayonunda baş verən faciənin bəzi təfərrüatları məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saat 15 radələrində baş verib.

Bakıdan doğulduğu Miyənkü kəndinə istirahətə gedən 37 yaşlı Kərimova Vüsalə Sabir qızı 11 yaşlı oğlu Kərimov Elmar İlqar oğlu və 9 yaşlı qardaşı oğlu Zamanov Hüseyn Şəmkir oğlu ilə birlikdə kəndin kənarında moruq dərməyə gedib. Başı moruq yığmağa qarışan ana uşaqları nəzarətsiz qoyub. Gölə girən uşaqlar batmağa başlayanda qadının kənarda oturan qızı anasına xəbər verib. Uşaqları xilas etmək üçün özünü gölə atan ana da suda batıb. Azyaşlı qız kəndə qaçaraq köməyə adam çağırıb. Lakin bir saat sonra hadisə yerinə gələnlər boğulanlara heç bir kömək edə bilməyiblər. Göldə axtarış aparan FHN-in dalğıcları batmış meyitləri iki saatdan sonra sudan çıxarıblar.

20:18

Masallı rayonunda üç nəfər göldə boğulub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur.

Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib. 

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.