Hadisə, Kriminal

Polis bu qadını axtarır - FOTO

10 İyul 2018 16:38
1 Şərh     Baxış: 6 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iyulun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə, 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxvəliyeva Aypəri Qubad qızının batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.