Hadisə, Kriminal

Evləri qarət edən oğru tutuldu - VİDEO - FOTO

10 İyul 2018 18:50
0 Şərh     Baxış: 510

Bakının Nərimanov rayonunda silsilə mənzil oğurluqları törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17 və 18-ci Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun ayı ərzində rayon ərazisindəki 4 evdən pul, qızıl və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunan Niyaməddin Əliyev tutulub. 

Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqları etiraf edib.

Niyaməddin Əliyev - saxlanılan şəxs: "Nərimanov rayonu ərazisində 5 cinayət hadisəsi törətmişəm, ona görə polis əməkdaşları məni saxlayıblar. Oğurluq etdiyim evlərin hamısı birinci mərtəbədə idi. Girib qızıl, gümüş oğurlamışam. Qiymətli əşyaları oğurlamışam".  

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.