Hadisə, Kriminal

Şamaxıda yük maşını aşdı - Xəsarət alan var

27 May 2018 17:27
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda ağır tonnajlı yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16:30 radələrində Şamaxı-Padarçöl yolunda baş verib.

Saatlı rayon sakini 1962-ci il təvəllüdlü Məsimov İbrahim Mütəllim oğlu idarə etdiyi "HOVA" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.