Hadisə, Kriminal

Kürdəmirdə avtomobil aşdı - Xəsarət alanlar var

22 May 2018 20:14
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda yol qəzası baş verib. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Kürdəmir rayonu Karrar qəsəbəsinin sakinləri - sürücü, 1991-ci il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.