Hadisə, Kriminal

Külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

20 May 2018 17:28
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 17-də Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.

Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.