Hadisə, Kriminal

Şamaxıda toyda məktəb direktoru döyüldü

15 May 2018 20:38
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunun Çöl Bağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru olan Müşfiq Mirzəyev APA-nın yerli bürosuna bildirib ki, bu gün bəzi saytların hadisəni çox şişirdərək onun barəsində yalan məlumat yazıblar.

"Hadisə Ağsuda işlədiyim məktəbdə baş verməyib. Məni müəllim döyməyib. Ötən gecə kəndimizdəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalmışam. Mən onun qardaşı ilə söhbət edirdim. Dava olmayıb. Sərxoş olan İntiqam naməlum səbəbdən gəlib məni vurdu. Mən stolların arasına yıxıldım, xəsarət aldım. Məsələni polis əməkdaşları araşdırır. Hazırda vəziyyətim yaxşıdır. Sabah məktəbdə işləməyə başlayacam".

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.