Hadisə, Kriminal

Metroda intihar edən qadının kimliyi məlum olub - YENİLƏNİB

22 Aprel 2018 14:18
Baxış: 17 006

14:18

Metroda intihar edən qadının kimliyi məlum olub.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

----------

14:04

Bakıda metroda qadın intihar edib.

Milli.Az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə saat 12:50 radələrində metronun "28 may" stansiyaında baş verib.

"İçəri şəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. Hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.

İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.