Hadisə, Kriminal

Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

22 Aprel 2018 09:58
0 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" adlanan ərazidə baş verib.

Hərəkətdə olan "VAZ21015" markalı minik və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində "VAZ21015" -də olan sərnişin, 1977-ci il təvəllüdlü Əziz İsgəndərov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.