Hadisə, Kriminal

Avtomobil ağaca çırpıldı: sürücü möcüzə nəticəsində sağ qaldı - VİDEO - FOTO

20 Aprel 2018 16:24
0 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki şəhər sakini 35 yaşlı Vüqar Əyyubovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb.

Daha sonra zərbənin təsirindən maşın bir neçə dəfə aşıb. Sürücü döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtomobil ağaca çırpıldı: sürücü möcüzə nəticəsində sağ qaldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.