Hadisə, Kriminal

Qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

19 Aprel 2018 20:32
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzəndə 4000 min manatlıq oğurluq hadisəsini törədən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuatxXidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Gülçin Əmiraslanov Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsuz Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyaları oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla aparılan axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev olduğu məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.