Hadisə, Kriminal

Bakı metrosunda cibgir saxlanıldı

14 Aprel 2018 18:35
0 Şərh     Baxış: 533

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, aprelin 13-də saat 18.30 radələrində metronun "Nizami" stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb.

R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.