Hadisə, Kriminal

Dəmiryol stansiyasında narkotik satan şəxs saxlanıldı

13 Mart 2018 19:27
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəmiryol stansiyasında narkotik satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.